"Muğanbank"ın plastik kartlarına MilliÖndən mədaxil imkanı


Digərləri 26 Okt 2018 16:03:00 309 0

"Muğanbank"ın plastik kartlarına MilliÖndən mədaxil imkanı

"Muğanbank" ASC xidmətin daha sürətli və tez həyata keçməsi məqsədilə  müştərilərinə yeni xidmət təqdim edir. Bütün növ plastik kart sahibləri banka yaxınlaşmadan MilliÖn ödəniş terminalları vasitəsilə kart hesablarına mədaxil əməliyyatını həyata keçirə biləcəklər.

Mədaxil olunan məbləğ 5 dəqiqə ərzində plastik kartın balansında görsənəcəkdir. Plastik karta mədaxil ancaq plastik kartının valyutasına uyğun əksinazla(AZN, ABŞ dolları və ya EUR) mümkündür. MilliÖn ödəniş terminalı ilə əməliyyatları fasiləsiz 24/7 rejimdə işləyən, müxtəlif yerlərdə, o cümlədən bir çox ticarət və xidmət obyektlərində qoyulmuş terminallarda yerinə yetirmək mümkün olacaqdır.