Aşağı keyfiyyətli unu “əla növ” adı ilə satan şəxs saxlanılıb (FOTO)


Digərləri 26 Okt 2018 16:06:00 360 0

Aşağı keyfiyyətli unu “əla növ” adı ilə satan şəxs saxlanılıb (FOTO)

Qubada aşağı keyfiyyətli un məmulatlarını “əla növ” adı ilə satan şəxs saxlanılıb.

Bakı. Qubada aşağı keyfiyyətli un məmulatlarını “əla növ” adı ilə satan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonundakı Regional qrupundan Trend-ə verilən məlumata görə, oktyabrın 22-də Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki yerləşən ərzaq mağazalarının birində aşağı keyfiyyətli un məmulatlarını “əla növ” adı ilə yenidən qablaşdırıb satmaqla istehlakçıların hüquqlarını pozmaqda şübhəli bilinən şəhər sakini Radik Məhsimov saxlanılıb. Aparılan araşdırmalarla müəyyən edilib ki, adıçəkilən şəxs sahibi olduğu anbarda bu işi təkbaşına görməyib, kisələrin təkrarən doldurulmasını obyektində fəhlə kimi işləyən Asim Əmirova tapşırıb.