Qətlə yetirilmiş məktəblinin atası saxlanıldı VİDEO


Dünya 26 Okt 2018 15:57:00 298 0

Qətlə yetirilmiş məktəblinin atası saxlanıldı  VİDEO

Ötən ilin dekabrında Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş məktəbli David Saralidzenin atası Zaza Saralidze saxlanılıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.

Bildirilib ki, Z.Saralidze Rustaveli prospektində dəyənəklə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına hücum edib. O, hətta təcili tibbi yardım maşınında olan polis əməkdaşlarına da fiziki güc tətbiq etməkdə davam edib. Bundan sonra polis əməkdaşları Z.Saralidze və onu müşayiət edən iki nəfəri saxlayıblar.

DİN Z.Saralidze və polis əməkdaşları arasında yaranmış qarşıdurmanın videogörüntülərini da yayıb.