Orifleym Azərbaycan 20 illik tarixi olan uğur


Digərləri 26 Okt 2018 16:00:00 335 0

Orifleym Azərbaycan  20 illik tarixi olan uğur

1967-ci ildə af Yoknik qardaşları şəxsi biznesə başlamaq və dünyanın istənilən ölkəsindən olan qadınların əldə edə biləcəyi məhsul istehsal edən kosmetik şirkət yaratmağa qərar verdilər. Beləliklə, Orifleym yarandı! Artıq 50 il keçib. Bu gün şirkət dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq birbaşa kosmetik satış şirkətidir. Müasir texnologiyaların istifadəsi ilə yaradılmış təbii, qabaqcıl, isveçsayağı kosmetikadan ibarət geniş məhsul çeşidimizi Orifleymlə əməkdaşlıq edən məsləhətçilərdən ibarət satış gücü dünya bazarlarında satır.

Orifleym pul qazanmağa başlamaq, arzu və planlarını həyata keçirmək istəyən insanlara öz biznesi ilə məşğul olmaq imkanı yaradır. "Bu gün qazan və sabah arzularını həyata keçir™" bizim biznes konseptimizdir

Birlik, Ruh və Ehtiras - Orifleymi möhtəşəm şirkətlərdən biri olmasına səbəb olan əsas dəyərlərdir. Onlara əsaslanaraq biz inamla gələcəyə baxır və digərlərinə də dünyanı yaxşıya doğru dəyişməyə kömək edə bilirik.  

50 illik elmi istehsal tarixinə malik 100-dən çox alimdən ibarət müasir elmi-tədqiqat mərkəzimizin komandası yeni, bazar və istehlakçıların tələbatına uyğun qabaqcıl və müasir məhsulların istehsalı üçün fasiləsiz olaraq qüsursuz həll və texnalogiyalar axtarışındadır.

Hal-hazırda insanlar gözəlliyin - sadəcə kosmetika dolu bankalar olmadığını artıq anlamışlar. Müvafiq olaraq, "gözəlliyin daxilin və xaricin harmosniyası kimi" qəbul olunmasına doğru bir irəliləmə baş vermişdir. Bir isveç brendi kimi bizim üçün gözəllik hər zaman daha böyük anlam olmuşdur. Burada insanın həm necə göründüyü, həm də özünü necə hiss etdiyi çox vacibdir. "Həqiqi gözəllik - həm daxildən, həm də xaricdən daha yaxşıya doğru dəyişən bir həyat tərzidir".

Orifleym Azərbaycan - 20 illik tarixə malik uğur haqqında

Orifleym Azərbaycan şirkətinin əsası rəsmi olaraq 1998-ci il, fevralın 9-da qoyulub.

Zaman heç vaxt dayanmadığı kimi, bu 20 il ərzində Orifleym-Azərbaycan da onunla birgə ümumi məqsədə doğru irəliləyir: hər gün ətrafımızdakı insanların həyatını dəyişmək, onu daha yaxşıya doğru istiqamətləndirmək, arzuları həyata keçirmək fəaliyyətimizin əsasını təşkil edir.

Bütün bu illər ərzində Orifleymə inanan insanlar, bizə və bizim keyfiyyətimizə inananlar, bizim etdiyimizə inananlar və bizim gözəllik həyat tərzi kimi baxışımıza inanan insanlar bizimlə əməkdaşlığa davam etmiş, birgə inkişaf etmişdir.

2018-ci il Orifleym şirkəti üçün əlamətdar bir tarixdir: şirkət 20 illik yubileyini qeyd edir. Bu il Oriflame şirkətinin Azərbaycan bazarındakı uğurlu fəaliyyətinin 20 illiyini qeyd etdik, "Gözəl dəyişimlər" layihəsində dünyanı daha yaxşıya doğru dəyişmək yolları haqqında danışdıq, sübut etdik ki "həqiqi gözəlliyin yaşı olmur", sizinlə birgə "Həqiqi yay" yaşadıq.

Şirkət öz nailiyyətləri ilə qürur duyur və gələcəkdə öz müştəri və partyorları üçün daha cəzbedici, effektiv və maraqlı təkliflər hazırlamağı planlaşdırır.

Qeyd edək ki, "Orifleym" şirkətinin 20 illik yubileyi ilə bağlı bu gün Fairmont Baku otelində press-konfrans keçirilib. Press-konfransda marketinq və satış dəstəyi üzrə direktor Durdanə Bağırova, Cənubi Qafqaz üzrə vitse-prezident və Azərbaycan üzrə icraçı direktor Kemak Kaya və İsveçin Azərbaycandakı səfiri Kristian Kamil iştirak etdilər. Press-konfransda media nümayəndələrinə "Orifleym" şirkətinin Azərbaycandakı fəaliyyəti ilə bağlı və dünyada və Azərbaycanda istehlakçılara təqdim ediləcək yeni proyektlərlə bağlı geniş məlumat verildi.


Xəbərə aid fotolar