Bakıda axşam saatlarında güclü şimal-qərb küləyi əsəcək


Digərləri 26 Okt 2018 15:33:00 266 0

Bakıda axşam saatlarında güclü şimal-qərb küləyi əsəcək

Bu gün axşam saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

Bakı. Bu gün axşam saatlarında gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşam saatlarında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.