Bakı sakini kafedə xüsusi döyülərək öldürüldü


Digərləri 26 Okt 2018 14:25:00 246 0

Bakı sakini kafedə xüsusi döyülərək öldürüldü

Bakıda kafedə kişi döyülərək öldürülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsindəki "Ordubad" kafesində baş verib. Bakı sakini Məmmədzadə Nizam Ceyhun oğlu həmin kafedə Ələkbərov Elçin Vahid oğlunu xüsusi amansızlıqla döyüb.

E.Ələkbərov qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilsə də, orada ölüb.