Ombudsman: "AzərbaycanTürkiyə dostluq münasibətləri digər ölkələrin əleyhinə deyil"


Digərləri 26 Okt 2018 13:53:58 253 0

Ombudsman: "AzərbaycanTürkiyə dostluq münasibətləri digər ölkələrin əleyhinə deyil"

Azərbaycan-Türkiyə dostluq münasibətləri digər ölkələrin əleyhinə deyil.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin insan hüquqları üzrə müvəkkili (ombudsman) Şərəf Malkoç VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumunun "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclər, qadınlar, parlament, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin rolu barədə interaktiv müzakirə" adlı sessiyasında deyib.

O bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon ermənilər tərəfindən işğal edilib. Buna görə də Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü var. Bu problemin sosial sıxıntısı da var:

"Türkiyə 3 milyon suriyalı qaçqına qapılarını açdı. Onların ailə üzvlərinin bir hissəsi müharibədə həlak olub. Bu fəlakətdir. Türkiyə bu problemlərin aradan qaldırılması ilə bağlı addımlar atır".