Əbülfəs Qarayev: Azərbaycan münaqişələrin aradan qaldırılması üçün toplanan məkana çevrilib


Digərləri 26 Okt 2018 13:40:00 195 0

Əbülfəs Qarayev: Azərbaycan münaqişələrin aradan qaldırılması üçün toplanan məkana çevrilib

Bakı Humanitar Forumunda səslənən fikirlərdən belə başa düşülür ki, forumda iştirak edən ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Bakı. İlhamə İsabalayeva - Bakı Humanitar Forumunda səslənən fikirlərdən belə başa düşülür ki, forumda iştirak edən ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Ə.Qarayev əlavə edib ki, Bakı Humanitar Forumu ilk dəfə Azərbaycan və Rusiya Prezidenlərinin birgə təşəbbüsü ilə keçirilib: "Bu təşəbbüs artıq bütün hüdudları keçərək beynəlxalq tədbir statusu alıb. Bu təşəbbüs çox mötəbər təşkilatlar tərəfindən dəstəklənir. Bu gün bu tədbirdə bir çox beynəlxalq təşkilatlar fəal şəkildə iştirak etdilər. Biz onlara verdikləri dəstəyə görə təşəkkür edirik".