Naxçıvana güclü yağış yağıb


Digərləri 26 Okt 2018 13:19:22 226 0

Naxçıvana güclü yağış yağıb

Oktyabrın 26-sı saat 13:00-a olan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, oktyabrın 26-ı saat 13:00-da ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi nəticəsində Culfa rayonunda və Ordubadın Nülgüt kəndində güclü yağış müşahidə olunub. Düşən yağıntının miqdarı Culfada 30 (aylıq normanın 157 faizi), Ordubadın Nülgüt kəndində isə 28 mm (aylıq normaya yaxın) təşkil edib.