ADA Universitetinin müəllimi: "Peşəkar jurnalistika müasir informasiya vasitələrinin rolunu artırmalıdır"


Digərləri 26 Okt 2018 13:20:00 248 0

ADA Universitetinin müəllimi: "Peşəkar jurnalistika müasir informasiya vasitələrinin rolunu artırmalıdır"

Dezinformasiya siyasəti beynəlxalq sabitliyə təhdiddir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilə Dayanıqlı İnkişaf Forumunda ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva deyib.

Onun sözlərinə görə, internet KİV üçün böyük auditoriya yaradıb: "Subyektiv fikirlərin daha çox yer aldığı bir məqamda peşəkar jurnalistikanın rolu artır və bu sahə əhaliyə informasiyanın çatdırılması üçün müasir vasitələrin imkanlarını artırmalıdır".