Ərdoğan: "Səudiyyənin açıqlaması çox gülüncdür"
Dünya 26 Okt 2018 13:21:00 244 0
"Uşaq tərzli açıqlamalar veriblər"
Uşaq tərzli açıqlamalar veriblər.
Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul baş konsulluğunda öldürülən jurnalist Camal Haşoqqinin qətlinə Səudiyyənin münasibəti barədə danışarkən deyib.
"Araşdırmalar nəticəsində məlum olub ki, Haşoqqi konsulluqda qətlə yetirilib. O, İstanbul baş konsulluğuna girib və bir daha çıxmayıb. Səudiyyənin açıqlaması çox gülüncdür.
Camal kimi biri onu çöldə gözləyən nişanlısını qoyub gedib? Bu mümkündür?
Mənbə: milli.az