YUNESKO: "Təhlükəli çağırışların olmasına göz yumulmamalıdır"


Siyasət 26 Okt 2018 13:14:00 250 0

YUNESKO: "Təhlükəli çağırışların olmasına göz yumulmamalıdır"

Bu gün sərhədlərin toxunulmazlığı, beynəlxalq hüquqa riayət edilməməsi çağırışları ilə üzləşirik ki, bunlar da çox təhlükəli çağırışlardır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu YUNESKO baş direktorunun müavini Çu Sing "Bakı prosesi - insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri" adlı sessiyada çıxışı zamanı deyib.

Hazırda dünyanın sürətlə qloballaşdığını deyən Çu Sing bildirib ki, gedəcəyimiz yolda bu kimi təhlükəli çağırışların olmasına göz yumulmamalıdır: "Bu sahədə dəyişikliklərə nail olmalıyıq. Qarşılıqlı hörmət vacib götürülərək, ictimai rəy məhz bu istiqamətdə formalaşdırılmalıdır. Sülh quruculuğu, insanlara ləyaqətli yanaşma vacib bir dəyərlər kimi götürülür".

Çu Sing deyib ki, dünya tarixin görünmədiyi böhranlarla üzləşir ki, bu baxımdan hər bir səviyyədə mədəniyyətlərarası dialoqun aparılması, innovasiya proseslərində sürətləndirməyə nail olmaq çox vacibdir.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.