Bu it internetdə sensasiyaya çevrildi VİDEO FOTO


Digərləri 26 Okt 2018 12:24:00 230 0

Bu it internetdə sensasiyaya çevrildi  VİDEO  FOTO

Qızılı retiver cinsindən olan Rayli adlı köpək internetdə, sosial şəbəkələrdə sensasiyaya çevrilib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Kaliforniya ştatındakı Studio Sitidə yaşayan ailənin köpəyi olan Rayli hər səhər həyətə qaçır, hasara dırmaşır, sevimli topunu aşağı, küçəyə atır.

Ki, bəlkə səkidən keçən insanlardan kimsə topu qaldırıb həyətə atdı, onunla oynamağa başladı.

Rayli o qədər məşhurlaşıb ki, Facebook, Twitter və Instagram-da onun fotolarını minlərlə insan paylaşıb. Onlarla amerikalı isə "Mən Raylinin yaşadığı küçədə yaşayıram" yazaraq fotolar paylaşıblar


Xəbərə aid fotolar