Rövnəq Abdullayev Ukrayna Futbol Federasiyasının prezidenti ilə görüşdü


İdman 26 Okt 2018 12:28:00 291 0

Rövnəq Abdullayev Ukrayna Futbol Federasiyasının prezidenti ilə görüşdü

AFFA prezidenti Rövnəq Abdullayevlə Ukrayna Futbol Federasiyasının rəhbəri Andrey Pavelko arasında görüş keçirilib.

Goal.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, A.Pavelko UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın Ukrayna təmsilçisi “Vorskla”ya 0:1 hesabı ilə uduzduğu oyunu izləmək üçün Bakıya səfər edib. Söhbət zamanı AFFA ilə UFF arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, gələcəkdə də hər iki ölkənin futbol qurumlarının müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq etmələrinin perspektivləri müzakirə olunub.

Avropa Liqasının 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun təbliğat kampaniyası çərçivəsində Azərbaycan və Ukraynanın futbol veteranları arasında gələn il yoldaşlıq oyununun təşkili barədə fikir mübadiləsi aparılıb, ilkin razılığa gəlinib.

A.Pavelko UFF nümayəndə heyəti adından görüşün təşkili və səmərəli müzakirələrə görə minnətdarlığını bildirib.