Avropa Liqasında turun oyunçusu adına namizədlər açıqlandı


İdman 26 Okt 2018 11:48:00 259 0

Avropa Liqasında turun oyunçusu adına namizədlər açıqlandı

Avropa Liqasında turun oyunçusu adına namizədlər açıqlanıb.

Goal.az xəbər verir ki, UEFA bu nominasiyada 4 namizədi müəyyənləşdirib.

“Dördlük”də Munas Dabbur (Salzburg), Ruben Loftus (Genk), Covani de Çelso (Betis) və Mihael Frey (Fenerbahçe) yer alıb. Bu oyunçulardan biri – Loftus het-trik müəllifi olub. Dabbur 2 dəfə fərqlənibsə, digərlər 1 qolla diqqət mərkəzinə düşə bilib.

Qeyd edək ki, Azərbaycan çempionu Qarabağ-ın Vorskla ilə ev oyununda (0:1) UEFA-nın diqqətini cəlb edən futbolçu olmayıb.