Rusiyada daşqınlar nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb


Dünya 26 Okt 2018 11:53:00 266 0

Rusiyada daşqınlar nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb

Rusiyanın Krasnodar diyarında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Son.az report-a istinadən xəbər verir ki, bunu diyarın fövqəladə hallar naziri Sergey Kapustin bildirib.

Onun sözlərinə görə, Apşeron rayonunda evlərdə axtarış aparılan zaman 4 nəfərin meyiti aşkarlanıb.