Yük və minik avtomobilləri toqquşdu:


Digərləri 26 Okt 2018 11:43:00 223 0

Yük və minik avtomobilləri toqquşdu:

Bərdə rayonunda yol qəzası baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Qaradəmirçi kəndində qeydə alınıb.

Kənd sakini Ramil Əliyevin idarə etdiyi "QAZ-53" markalı yük maşını ilə "Opel" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, Bərdə rayonu, Alpout kənd sakini, 1966-cı il təvəllüdlü Əli Yahya oğlu Məhərrəmov xəstəxanaya yerləşdirilib. Digər sürücünün xəsarətləri yüngül olduğundan hadisə yerində ambulator yardım alıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar