ISESCOnun baş direktoru: "Bakı Prosesinin 10cu ildönümü yeni dünya nizamının qurulmasına öz töhfəsini verməlidir"


Siyasət 26 Okt 2018 11:45:00 301 0

ISESCOnun baş direktoru: "Bakı Prosesinin 10cu ildönümü yeni dünya nizamının qurulmasına öz töhfəsini verməlidir"

Bakı Prosesinin 10-cu ildönümü yeni dünya nizamının qurulmasına öz töhfəsini verməlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri "Bakı Prosesi - İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri" adlı 3-cü plenar sessiyada çıxışı zamanı deyib.

Hazırda müxtəlif ölkələrin xalqları arasında və dünyada etimad böhranının olduğunu deyən əl-Tuveycri əlavə edib ki, müxtəlifliyin qəbul edilməsi üçün insanlar arasında mədəni dəyərlərin qorunub saxlanılmasına böyük ehtiyac var.

Baş direktor vurğulayıb ki, mədəni böhranlardan çıxış yollarını tapmaq lazımdır: "Biz sülhün, qardaşlığın carçıları olmalı, bəşəriyyət üçün təhlükəsiz həyatı təmin etməli və qardaşlıq, sülh, rifah naminə çalışmalıyıq. Odur ki, mədəniyyətlərarası dialoqların güclənməsini istəyirik".

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə "Bakı Prosesi" təşəbbüsü irəli sürüldü. Bu təşəbbüs çərçivəsində 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransı, "Bakı Prosesi"nin davamlılığını təmin etmək məqsədilə isə 2009-cu il oktyabrın 13-15-də paytaxtımızda İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransı keçirildi. Avropa konfransına 10 müsəlman ölkəsindən, İslam ölkələri nazirlər konfransına isə 10 Avropa ölkəsindən nümayəndələrin Azərbaycan tərəfindən dəvət edilməsi ilə dövlətimiz beynəlxalq tədbirlərin formatına yeni ənənələr gətirdi. Bunun davamı olaraq 2010-cu il sentyabrın 23-də BMT Baş Assambleyasının 65-ci sessiyasında Prezident İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü elan edildi.