Şərq vaqon deposunda obyekt mülki müdafiə məşqi keçirilib (FOTO)


Digərləri 26 Okt 2018 11:30:00 247 0

Şərq vaqon deposunda obyekt mülki müdafiə məşqi keçirilib (FOTO)

“ADY Ekspress” MMC-nin Şərq vaqon deposunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə dəstələrinin idarə edilməsinin təşkili” mövzusunda növbəti obyekt mülki müdafiə məşqi keçirilib.

Bakı. “Azərbaycan Dəmir Yolları” QSC-nin 2018-ci ilin mülki müdafiə tədbirlər planına müvafiq olaraq, oktyabrın 24-də “ADY Ekspress” MMC-nin Şərq vaqon deposunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə dəstələrinin idarə edilməsinin təşkili” mövzusunda növbəti obyekt mülki müdafiə məşqi keçirilib. QSC-dən Trend-ə verilən məlumata görə, “ADY Ekspress” MMC-nin, Şərq vaqon deposunun rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələrinin şəxsi heyətinin cəlb olunduğu məşqin əsas məqsədi fövqəladə hallar zamanı mülki müdafiə planının reallığını əks etdirməklə, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsini, hadisə yerinə göndərilməsini, yaranmış vəziyyətin qiymətləndirilməsini, hadisə yerindən məlumatların toplanmasını, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsini aşılamaq, həmçinin, rəhbər işçilərə, mülki müdafiə qüvvələrinə, əhaliyə və işçilərə davranış qaydalarını öyrətməkdir. Keçirilən obyekt mülki müdafiə məşqi həyəcan siqnalının verilməsi ilə başlayıb. Rəhbər işçilər mülki müdafiə rəhbərinin yanında toplanıblar. Mülki müdafiə qərargah rəisi zəlzələ nəticəsində inzibati binada yanğın baş verməsi, sexlərdə dağıntı olması, eləcə də zərərçəkənlər və xəsarət alanlar barədə məlumat verib.