Gündüz saatlarında arabir yağış yağacaq


Digərləri 26 Okt 2018 11:11:18 207 0

Gündüz saatlarında arabir yağış yağacaq

Oktyabrın 26-sı gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb

Bakı. Oktyabrın 26-sı gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz saatlarında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 14-16 dərəcə isti təşkil edəcək.