Hafiz Paşayev: "ADA Universiteti çox yaxşı akademik nailiyyətlər əldə edib"


Digərləri 26 Okt 2018 10:52:00 270 0

Hafiz Paşayev: "ADA Universiteti çox yaxşı akademik nailiyyətlər əldə edib"

Bu gün ADA Universitetində VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru" adlı "dəyirmi masa" keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyasının yaradılmasını çox vacib addım kimi dəyərləndirib.

O, bu gün bir çox xarici ölkələrin tələbələrinin Azərbaycanda təhsil aldığını söyləyib: "Xarici tələbələrin ADA Universitetində oxuması təsadüfi deyil. Çünki bu ali məktəb özünü artıq dünyaya tanıda bilib. Eyni sözü Azərbaycan Dövlət Neft və Sənaye Universiteti haqqında da deyə bilərəm".

ADA Universitetinin rektoru Hafiz Paşayev isə bildirib ki, hazırda universitetdə 40 ölkədən 99 tələbə təhsil alır.