Mixail Qusman: "Fake News" ildənilə zəifləməyən böyük sosial təhlükədir


Digərləri 26 Okt 2018 10:53:00 287 0

Mixail Qusman: "Fake News" ildənilə zəifləməyən böyük sosial təhlükədir

"Fake News" (yalan xəbərlər) - ildən-ilə zəifləməyən böyük sosial təhlükədir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın TASS İnformasiya Agentliyinin Baş direktorunun birinci müavini, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının vitse-prezidenti Mixail Qusman VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Yanlış məlumatlandırma siyasəti: Müasir dünyada sabitliyə təhdid" mövzusunda işçi sessiya zamanı deyib.

Onun sözlərinə görə, yalan informasiya problemi jurnalistika üçün gündən-günə daha aktual olur. M.Qusman qeyd edib ki, dunya mətbuatı bu cür mənfi çağırış və informasiya hücumuna hazır olmalıdır: "Bu problemlə mübarizə hələ lap erkən mərhələdədir və bu yalan xəbərləri dayandıracaq "qırmızı düyməni" tapmaq vacibdir".