Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “AzerGold” QSC arasında memorandum imzalanıb (FOTO)


Digərləri 26 Okt 2018 10:22:52 285 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “AzerGold” QSC arasında memorandum imzalanıb (FOTO)

Çovdar filiz emalı sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “AzerGold” QSC arasında anlaşma memorandumu imzalanıb.

Bakı. Oktyabrın 25-də Çovdar filiz emalı sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “AzerGold” QSC arasında anlaşma memorandumu imzalanıb. Trend-in məlumatına görə, əməkdaşlığı genişləndirmək və yeni parametrlər çərçivəsində optimallaşdırmaq, elmi-texniki inkişafı dəstəkləmək, geoloji-kəşfiyyat və dağ-mədən sənayesi sahələrində qanunvericilik bazasının təkmilləşdirilməsinə önəmli töhfə vermək məqsədlərini əhatə edən memorandumu Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov imzalayıblar. Memorandum çərçivəsində ölkə ərazisində mövcud filiz yataqlarının tədqiqi, kəşfiyyatı, işlənməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, “AzerGold” QSC-nin istifadəsində olan bir sıra faydalı qazıntı yataqlarının geoloji kəşfiyyatında birgə fəaliyyət, əlvan metal filizi yataqları üzrə məlumatların rəqəmsallaşdırılması və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.