Badamdar: süxur kütlələri yer dəyişib


Digərləri 26 Okt 2018 10:18:05 282 0

Badamdar:  süxur kütlələri yer dəyişib

Badamdarda sürüşmə sahəsində monitorinqlər davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Son.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmə sahəsindəki süxur kütlələrinin yerdəyişməsi qeydə alınıb.

Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.