Camal Xaşkacinin oğlu ABŞa yollanıb


Dünya 26 Okt 2018 08:38:00 264 0

Camal Xaşkacinin oğlu ABŞa yollanıb

Qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Xaşkacinin oğlu Salah bin Camal Xaşkaci Səudiyyə Ərəbistanını tərk edib və ABŞ-a yollanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Human Rights Watch" hüquq müdafiəsi təşkilatının Yaxın Şərq bölməsinin icraçı direktoru Sara Lu Uitson bildirib.

Onun sözlərinə görə, C.Xaşkacinin oğlu krallığı tərk etməyə qoyulan qadağa ləğv edildikdən dərhal sonra ailəsi ilə birgə ABŞ-a yollanıb.