Təyyarə şosse yoluna çırpıldı VİDEO


Digərləri 26 Okt 2018 08:12:00 247 0

Təyyarə şosse yoluna çırpıldı  VİDEO

ABŞ-da dəhşətli qəza meydana gəlib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, təkmühərrikli təyyarə şosse yoluna çırpılıb. Pilot isə xəsarət almadan xilas edilib.

Hadisə Los-Anceles şəhərində baş verib. Təkmühərrikli təyyarə Cənubi Kaliforniya şosse yoluna çırpılıb. Qəzadan sonra təyyarə yanmağa başlayıb. Pilot isə xəsarət almadan xilas edilib. Polis qəzanın səbəblərini araşdırır. Xoşbəxtlikdən təyyarə avtomobillərin üstünə düşməyib.

Qeyd edək ki, qəza şəhər mərkəzinin 50 kilometrliyində baş verib. Qəzadan sonra uzun tıxac yaranıb.