Tramp MKİnin direktoru ilə onun Türkiyəyə səfərini müzakirə edib


Dünya 26 Okt 2018 07:52:00 271 0

Tramp MKİnin direktoru ilə onun Türkiyəyə səfərini müzakirə edib

ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel ilə onun Türkiyəyə səfərini müzakirə edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sandersin adından yayılan məlumatda deyilir.

Məlumatda bildirilir: "Prezident bu sabah direktor Haspel ilə görüşüb və onun Türkiyəyə səfərini müzakirə edib. O, prezidentə öz araşdırmaları və danışıqları barədə məlumat verib".