Dünyanın ən çox gəlirli aktrisanın adı açıqlanıb


Digərləri 26 Okt 2018 07:43:00 292 0

Dünyanın ən çox gəlirli aktrisanın adı açıqlanıb

Kolumbiyanın aktrisası Sofiya Verqara "Forbes" jurnalı tərəfindən dünyanın ən çox gəliri olan televiziya aktrisası elan edilib.

Son.az "report"-a istinadən bildirir ki, bununla bağlı reytinq siyahısı nəşrin saytında dərc edilib.

Jurnalın məlumatına görə, "Amerika ailəsi" komik serialında 2017-ci ilin iyunundan 2018-ci ilin iyununa qədər roluna görə məşhur olan Verqara 42,5 milyon dollara yaxın pul qazanıb. O, bununla 7-ci dəfədir ki, ardıcıl olaraq reytinq siyahısına başçılıq edir.

Siyahıda ikinci yerdə aktrisa Keyli Kuoko qərarlaşıb. Onun gəliri 24,5 milyon dolar qiymətləndirilir. 


Xəbərə aid fotolar