Azərbaycanda faciəvi şəkildə ölən şirkət əməkdaşının FOTOLARI TƏFƏRRÜAT


Digərləri 26 Okt 2018 07:14:00 268 0

Azərbaycanda faciəvi şəkildə ölən şirkət əməkdaşının FOTOLARI  TƏFƏRRÜAT

Ağcabədidə yol tikinti şirkətinin əməkdaşının öldüyü hadiasənin təfərrüatları məlum olub.

Son.az xəbər verir ki, elektrik cərəyanı vurması nəticəsində vəfat edən Çələbiyev Orxan Fətulla oğlu Ağdaş rayonunun Nehrəxələli kənd sakini olub. O, uzun müddət imiş ki, Azərbaycanda fəaliyyət göstərən Türkiyənin "Polat yol yapı" şirkətində çalışırmış. Bədbəxt hadisə isə ehtiyatsızlıqdan baş verib. Belə ki, Ağcabədi-Zərdab yolunun tikintisi ilə əlaqədar Taxtakörpü qəsəbəsi yaxınlığındakı əraziyə gələn O.Çələbiyev aliminuimdan hazırlanmış və açılıb bağlanan aləti götürdüyü zaman 5 metrlik qurğu yuxarıdan keçən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə gənc şirkət işçisini cərəyan vurub və o, hadisə yerindəcə ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Bədbəxt hadisə nəticəsində vəfat edən O.Çələbiyevin fotolarını təqdim edirik. (publika.az)


Xəbərə aid fotolar