İspaniyada xəstələrə dərmanları tibb bacıları təyin edəcək


Digərləri 26 Okt 2018 06:30:00 262 0

İspaniyada xəstələrə dərmanları tibb bacıları təyin edəcək

İspaniyada xəstələrə bəzi dərman preparatlarının tibb bacılarının təyin etməsinə imkan verən dekret qəbul edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sənəd artıq bu həftə qüvvəyə minib. Bu hadisə ölkədə qripə qarşı vaksinləmə kampaniyasının başlanması ilə bir vaxta düşüb. Həkimlə razılaşdırmadan pasiyentlərə peyvənd təyin etmək tibb heyətinin yeni səlahiyyətləri sırasındadır. Yalnız sağlamlıq durumuna görə əlavə müayinə tələb olunan hallar istisna təşkil edir.

Dekret oktyabrın 18-də Nazirlər Şurasında razılaşdırılıb. Orta tibb heyəti dərman preparatlarını protokol və təlimatlara tam müvafiq şəkildə təyin edəcək. Sənəd 2015-ci il tarixli əvvəlki normaların sadələşdirililməsinə və tibbi yardım göstərilməsinin daha səmərəli sisteminin yaradılmasına xidmət edir.