Çin 2020ci illərin ortalarında dünyanın ən böyük aviasiya bazarı olacaq


Dünya 26 Okt 2018 04:30:00 425 0

Çin 2020ci illərin ortalarında dünyanın ən böyük aviasiya bazarı olacaq

Çin 2020-ci illərin ortalarında ABŞ-ı ötərək planetin ən böyük aviasiya bazarı olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) qarşıdakı 20 illik dövr üçün sərnişin proqnozuna dair hesabatında qeyd olunur. Bildirilir ki, iqtisadiyyatın inkişafı Çində daxili və beynəlxalq hava nəqliyyatının genişlənməsinə öz təsirini göstərəcək.

İATA-nın proqnozlarına görə, hazırkı gedişlə 2037-ci ildə dünyada aviasiya ilə daşınan sərnişinlərin sayı iki dəfə çoxalaraq 8,2 milyard nəfərə çatacaq. Bu sektorda qarşıdakı 20 ildə 100 milyon yeni iş yeri yaranacaq.