Balaca uşağa çay vermək olarmı?


Digərləri 25 Okt 2018 23:05:00 326 0

Balaca uşağa çay vermək olarmı?

Qara çay ölkəmizin ən sevilən və ənənəvi içkisidir. Bizdə hətta körpə uşaqlara analar çay verir.

Lakin pediatrların fikrinə görə, bu nəinki düzgün deyil, hətta uşağın sağlamlığı üçün çox ziyanlıdır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislər qara çayı uşağa yalnız 3 yaşdan sonra verməyi tövsiyə edirlər. Çay yalnız təzə dəmlənmiş və açıq olmalıdır. Gün ərzində 1 fincanla kifayətlənmək lazımdır.

Kiçik yaşlı uşaqlarda kofeinlə zəngin olan çay yuxusuzluğa, ağlağanlığa və əsəbiliyə səbəb ola bilər. Böyüklər uçun çayda olan kofeinin miqdarı az olsa da, uşaq üçün bu çoxdur.

Həmçinin çay qidadan dəmirin və zülalların mənimsənilməsini pisləşdirir. Nəzərə alsaq ki, balaca uşaqlara tez-tez dəmirdefisitli anemiya diaqnozu qoyulur bu xüsusilə təhlükəlidir.

Bundan əlavə sidikqovucu təsirə malik olan çay orqanizmdən kalium, kalsium və digər vacib mineralların duzlarını xaric edir ki, bu da uşağın sağlamlığı və inkişafı üçün ziyanlı ola bilər.