Beynəlxalq Muğam Mərkəzində Mikayıl Müşfiqin yaradıcılığına həsr olunmuş möhtəşəm tədbir keçib


Digərləri 25 Okt 2018 22:59:41 269 0

Beynəlxalq Muğam Mərkəzində Mikayıl Müşfiqin yaradıcılığına həsr olunmuş möhtəşəm tədbir keçib

Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan yazıçısı və şairi Mikayıl Müşfiqin yaradıcılığına həsr olunmuş möhtəşəm tədbir keçib

Bakı. Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan yazıçısı və şairi Mikayıl Müşfiqin yaradıcılığına həsr olunmuş möhtəşəm tədbir keçib. Oktyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert görkəmli Azərbaycan yazıçısı və şairi, unudulmaz Mikayıl Müşfiqin yaradıcılığına həsr olunmuşdu. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət” televiziya kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində həyata keçirilmişdi. Konsertdə sevimli şairin sözlərinə bəstələnmiş mahnılar ifa edilmişdi. Xalq artistləri - Zabit Nəbizadə -“Maralım”, Teyyub Aslan -“Yaşa məhəbbətim”, əməkdar artistlər - Arzu Əliyeva -“Sənin gülüşlərin”, Almaz Orucova -“Necə əl çəkim”, Ehtiram Hüseynov-“Könül yaşa”, Rəşad İlyasov -“Sənin üçün”, müğənnilər - Kamilə Nəbiyeva -“Yenə o bağ olaydı”, Rövşən Əziz- “Qurban olduğum” mahnılarını ifa etmişdilər.