Əgər əlimi buraxsan, mən nə edərəm?...


Digərləri 25 Okt 2018 22:40:00 298 0

Əgər əlimi buraxsan, mən nə edərəm?...

Ey Allahım! Özün yaxşı bilirsən ki, mən Sənsiz necə təkəm. Ona görə də əlimdən tut və onu buraxma. Hiss edirəm ki, bu dünyanın girdablarında hər nə qədər əl-ayaq vururamsa, bir o qədər onun bataqlığında qərq oluram. Dünya bataqlığı məni dərinə çəkir və əlimdən tutan kəs ancaq Sənsən. Əgər əlimi buraxsan, mən nə edərəm?

O zaman ki, arzularımı divara yazırdım, bilmirdim ki, ona naməhrəmlər baxa bilər. O zaman ki, gecə qaranlığından istifadə edib, sükutumu divara yazmaq istədim, tufan gəldi və bütün hüzurumu aradan apardı.

O zaman ki, dərdimi dağlara dedim və istədim bu yolla rahat olum, o, mənim bu fəryadlarımı özümə geri qaytardı və məni qəbul etmədi. Bu zaman dərk etdim ki, mənim həmdəmim ancaq Sənsən. Sənsən ki, divarların arxasından hər sözümü və dərdimi eşidir və mənə qulaq asırsan. Ona görə də, ey həmdəmim, məni bu dünya girdabında özbaşına buraxma ki, Sənsiz həlak olaram...