Kimyəvi məhlul 38 yaşlı qadını


Digərləri 25 Okt 2018 22:47:00 295 0

Kimyəvi məhlul 38 yaşlı qadını

Tovuz rayonunda qadın zəhərlənib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun "Semzavod" qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1980-ci il təvəllüdlü Umarova Almaz Fariz qızı ehtiyatsızlıqdan kimyəvi məhlul içib.

Qadın ağır vəziyyətdə Tovuz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.