Poroşenko sabiq prezidentlərlə müzakirələr apardı


Dünya 25 Okt 2018 22:34:00 205 0

Poroşenko sabiq prezidentlərlə müzakirələr apardı

Ukraynanın dövlət başçısı Petro Poroşenko sabiq prezidentlər Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko ilə ölkənin inkişaf perspektivlərini müzakirə edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, P.Poroşenko hər üç prezidentin müxtəlif illərdə dövlət qarşısında xidmətlərini yüksək qiymətləndirib.

Müzakirələrdən sonra P.Poroşenko sabiq prezidentləri "Ukraynanın 25 illik müstəqilliyi" yubiley medalı ilə təltif edib.