Dünyada oyun qaydaları dəyişməlidir


Siyasət 25 Okt 2018 22:11:00 257 0

Dünyada oyun qaydaları dəyişməlidir

Davamlı inkişafa nail olmaq üçün dünyada oyun qaydaları dəyişməlidir.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu millət vəkili Ziyad Səmədzadə Davamlı İnkişafa dair Bakı forumunda deyib.

Onun sözlərinə görə, bunun üçün qloballaşan dünyada maliyyə mənbələrinə çıxış imkanları dəyişməlidir:

"Bizə xarici ekspertlər təzyiq göstərirdi ki, neft sektorunu özəlləşdirin. Ancaq Azərbaycan buna getmədi və bu ən düzgün addım idi".

Z. Səmədzadə hesab edir ki, BMT-nin qarşıya qoyduğu 17 məqsədin həyata keçirilməsində dövlətin rolu danılmazdır.

"2001-ci ildə Azərbaycanda yoxsulluq 49 faiz idi. Hazırda bu göstərici 5 faizə düşüb. İndi ölkəmizdə adambaşına 4 min dollardan çox məhsul istehsal edirik. ÜDM-nin azaldığı dövrdə belə Azərbaycan sosial proqramlarını dayandırmadı. Hesab edirəm ki, bundan sonra istehsal sektoruna sistemli yanaşmalar davam etməlidir".