Namazda çox şəkk edən insan kimə deyilir?


Digərləri 25 Okt 2018 22:15:00 231 0

Namazda çox şəkk edən insan kimə deyilir?

Namaz əməllərini yerinə yetirmək mövzusunda "çox şəkk edən şəxs" adlı anlayış vardır (dini terminologiyada buna "kəsirüş-şəkk" deyirlər). Bu, elə adamdır ki, namaz zamanı vəsvəsə içində olur, namaz əməllərini yerinə yetirib-yetirmədiyi və ya düzgün yerinə-yetirmədiyi barədə şübhəyə düşür, bu zaman bir nəticəyə gəlib-çıxmır.

Son.az islam.az-a istinadən bildirir ki, özü də bu hal narahatlıq, gərginlik, qorxu, yorğunluq zamanı deyil, həmişə baş verir. Şəkkin ölçüsü barədə bunu yazırlar ki, bir namaz boyunca 3 dəfə şəkkə düşən yaxud ardıcıl üç namazın (məsələn, zöhr, əsr və məğrib) hərəsində heç olmasa bir dəfə şəkk edən adam kəsirüş-şəkk hökmünü daşıyır. O öz şəkkinə qalib gələ bilmək üçün hər hansı vasitədən istifadə edə bilirsə, etməlidir. Əgər bu mümkün deyilsə, şəkkə əhəmiyyət verməməli, qıldığı namazın düzgün olduğunu qəbul etməlidir.