Ən yaxşı hərbi fotolar seçildi FOTO


Digərləri 25 Okt 2018 22:01:00 351 0

Ən yaxşı hərbi fotolar seçildi  FOTO

Britaniyada nüfuzlu "Army Photographic Competition" fotomüsabiqəsi başa çatıb.

Ölkənin Kral Silahlı Qüvvələrindən bəhs edən fotoların təqdim olunduğu müsabiqə 12 ay davam etmişdi.

Son.az Daily Mail-ə istnadən bildirir ki, müsabiqənin əsas mükafatları kaprallar Tom Evans və Bekki Brauna verilib. Berkşir qraflığındakı Nyuberi şəhərindən olan 33 yaşlı Tom Evans "Peşəkar baxış" kateqoriyasında, Yorkşir qraflığındakı Beverli şəhərinin sakini, 27 yaşlı Bekki Braun isə "Peşəkar portret" kateqoriyasında qalib sayılıblar.