Müalicəvi meyvə mandarin


Digərləri 25 Okt 2018 22:05:00 258 0

Müalicəvi meyvə mandarin

C vitamini ilə zəngin olduğundan mandarin immun sistemi üçün çox faydalıdır. Həmçinin bu vitamin damarların sağlamlığını qoruyur və dərini cavanlaşdırır.

Mandarinin tərkibində "salvestrol Q40" adlı maddə var. Bu maddə bir çox xərçəng növlərinin və o cümlədən qaraciyər xərçənginin riskini azaldır. Mandarinin qabığında bu maddə xüsusilə çoxdur. Bu səbəbdən qida mütəxəssisləri mandarin qabığını atmamağı, çay kimi dəmləməyi, müxtəlif yeməklər, salat və şirniyyatlara əlavə etməyi tövsiyə edirlər.   

Mandarin həmçinin A vitamini ilə zəngindir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bu vitamin ən güclü antioksidantlardan biri sayılır, orqanizmdə gedən qocalma proseslərini ləngidir, dərinin cavanlığını və gözəlliyini qoruyur, görmə problemlərinin riskini azaldır.

Mandarində xolin var. Bu maddə bitkilərdə nadir hallarda rast gəlinir. Xolin beyinin normal fəaliyyəti və yaxşı yaddaş üçün olduqca vacibdir.