"Rusiyada 15 terror aktının qarşısı alınıb"


Dünya 25 Okt 2018 22:09:00 209 0

"Rusiyada 15 terror aktının qarşısı alınıb"

Rusiya prezidenti Vladimir Putin ilin əvvəlindən Rusiyada qarşısı alınan terror aktlarından danışıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, o müvafiq informasiyanı yüksək rütbəli zabitlər və prokurorlarla görüşündə səsləndirib.

"Bu ilin 9 ayı ərzində Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən 26 terror istiqamətində cinayətin qarşısı alınıb ki, onlardan da 15-i terror aktıdır", - deyə Putin qeyd edib.