Qəflətdə olmaq nədir?


Digərləri 25 Okt 2018 21:50:00 301 0

Qəflətdə olmaq nədir?

İmam Əli (ə) buyurur: "Vay olsun o kəsə ki, yuxudadır (qəflətdədir)! Necə də ziyandadır. Onun ömrü qısalmış və savabı azdır".

İmam Əli (ə) başqa yerdə buyurur: "Hər kim öz düşmənindən qafil olar, fitnələri özünə dəyər".

İmam Sadiq (ə) buyurur: "Ölümü yada salmaq - nəfsin xahişlərini öldürər və qəflətin köklərini kəsər. Qəlbi Allah vədəsi ilə gücləndirər və həvəsin bayraqlarını məhv edər. Hərislik atəşini söndürər, dünyanı nəzərində kiçik göstərər".

İmam Əli (ə) buyurur: "Möminin sükütü təfəkkür, münafiqin sükutu qəflətdir".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Bilin ki, arzu, ağlı qəflətə salar və Allahı yada salmağı unutdurar".