Qaşıqçının oğlu Səudiyyəni tərk etdi


Dünya 25 Okt 2018 21:57:00 232 0

Qaşıqçının oğlu Səudiyyəni tərk etdi

Mərhum jurnalist Camal Qaşıqçının böyük oğlu Saleh Qaşıqçı Səudiyyə Ərəbistanını tərk edib.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə "Röyter" məlumat yayıb.

İkili vətəndaşlığa sahib (Səudiyyyə-ABŞ) Qaşıqçının hansı ölkəyə getməsi ilə bağlı məlumat verilməyib.

Xatırladaq ki, bir neçə gün əvvəl kral və vəliəhd Səudiyyənin İstanbul konsulluğunda öldürülən Camal Qaşıqçının ailə üzvlərini qəbul etmişdi.