DÇ-2018: Mariya Stadnik gümüş medal qazandı


Digərləri 25 Okt 2018 21:54:47 249 0

DÇ-2018: Mariya Stadnik gümüş medal qazandı

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir

Bakı. Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın 5-ci günündə qadınlardan ibarət yığmamızın son 4 üzvü mübarizəyə start verib. Güləşçilərimizin ikisi 1/8 finaldan, ikisi isə təsnifat mərhələsindən yarışa başlayıb. Qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik 1/8 finalda isveçli rəqibinə vaxtından əvvəl qalib gəlib. Millimizin ən titullu güləşçisi 1/4 finalda dünya çempionu və Rio Olimpiadasının bürünc medalçısı olan çinli rəqibinə də heç bir şans tanımayıb və adını yarımfinala yazdırıb. Finalın bir addımlığında 4 il əvvəl yeniyetmələr arasında olimpiya çempionu olan Şimali Koreya təmsilçisiylə ağır qarılaşmadan qalib ayrılan Stadnik karyerasında 4-cü dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Mariya oktyabrın 25-də qızıl medal uğrunda Yaponiya güləşçisiylə qarşılaşıb. Yığma üzvü son görüşdə uduzub və gümüş medal qazanıb. Anjela Doroqanın da startı parlaq alınıb. Yığma üzvü 1/8 finalda Çin Taypeyindən olan güləşçini çətinlik çəkmədən məğlub edib. Amerikalı rəqiblə görüş ağır keçib və yığma üzvünün məğlubiyyəti ilə nəticələnib. Rəqib finala çıxdığından Anjela oktyabrın 25-də təsəlliverici görüşdə qazaxıstanlı görüşçüyə məğlub olub. Alyona Kolesnik ilk mərhələdə son olimpiya və ikiqat dünya çempionuyla üz-üzə gəlib. Ancaq titullu rəqibindən qətiyyən çəkinməyən güləşçimiz amerikalı rəqibinə ikinci hissədə tuşe ilə qalib gəlib. Ancaq növbəti mərhələdə çinli həmkarına müqavimət göstərə bilməyib. Rəqib finala çıxdığı üçün Alyona oktyabrın 25-də təsəlliverici görüşdə Hindistan təmsilçisinə uduzub.