Axırəzzamanda ağ və qırmızı ölüm nədir?


Digərləri 25 Okt 2018 21:40:00 307 0

Axırəzzamanda ağ və qırmızı ölüm nədir?

Əmirəl-möminin (ə) nəql edir: "Qaimin (ə.f) qiyamından əvvəl qırmızı və ağ ölüm meydana gələcəkdir.

Qan rəngində olan çəyirtkələr vaxtlı və vaxtsız hücum edəcəklər.

Ancaq qırmızı ölüm, yəni qılıncdır, ağ ölüm isə taundur".

İmam Əli (ə) buyurur ki, İmam Zaman ağa (ə.f) qiyam etməzdən əvvəl insanları ağ və qırmızı ölüm əhatə edəcəkdir. Qırmızı ölüm dedikdə müharibələr və döyüşlər nəzərdə tutulur ki, insanlar silahların sayəsində qətl ediləcəklər.

Son.az deyerler.org-a istinadən bildirir ki, eyni zamanda həmin dövrdə ağ ölüm hesab olunan taun və onun kimi xəstəliklər yayılacaq və çox sayda insanın canını alacaqdır.

Eyni xəbəri İncilin Yuhna kitabında oxuyuruq ki, axırəz-zamanda dörd atlı peyda olacaqdır ki, hər biri özü ilə bir bəla gətirəcəkdir.

Onlardan biri ağ atlıdır. Əlində kaman və başında tacı olacaqdır. Bəzi mənbələrə görə o, şeytan olacaqdır.