Uçurumun kənarında təsadüfən çəkdiyi sevgililəri axtarır


Digərləri 25 Okt 2018 21:21:00 259 0

Uçurumun kənarında təsadüfən çəkdiyi sevgililəri axtarır

Fotoqraf Matthew Dippel ABŞ-ın Yosemite milli parkında çəkdiyi fotosunun qəhrəmanlarını axtarır.

Bu fotoda şlyapalı kişi uçurumun kənarında bir dizi üstə çökərək uzun libasda olan qadına evlilik təklif edir.

Bu insanlar kimdir? Onlar hardandırlar? Onların adı nədir? Hələki bu məlum deyil. Cütlük kadra təsadüfən düşüb.

Şəkil oktyabrın 6-da Kaliforniyada çəkilib. Matthew həmin anda elə həmin uçurumun yanına gələcək dostu Joshua-nı gözləyirdi. Yosemite Milli Parkı özünün maraqlı uçurumları və şəlalələri ilə məhşurdur. Fotoqraflığı özü öyrənən Matthew Dippel üçün bura gəlmək və burada foto çəkmək prinsip məsələsi idi.

"Yosemite - foto çəkilişi üçün maraqlı yerdir. Düzünü desəm, bura pis foto çəkməyın çətin olduğu bir yerdir"-deyə Matthew BBC-yə danışıb.

Lazım olan yerdə lazım olan vaxtda

24 yaşlı fotoqraf digər fotoqraflar və turistlərlə dayanaraq dostu Joshua-nın 3500 metrlik yüksəkliyin kandarına gəlməyini gözləyən zaman sevgililərin kadra düşdüyü bu fotonu çəkib.

Matthew Michigan-dandır. O, adətən konsertlərdə foto çəkməyə üstünlük verir.

"Məndə kamerada hər şey hazır idi, mən yalnız düyməni basmalı idim. Mən digər fotoqraflara mane olub olmadığımı yoxladım, amma yanımda kimsə yox idi".

Joshua-nın fotolarını çəkdikdən sonra Matthew bütün ətrafı dolaşaraq fotolarını göstərmək üçün cütlüyü tapmağa cəhd göstərib. O, bir çox insanları, o cümlədən şəkil çəkdirməyə hazır olan cütlükləri tapsa da, öz qəhrəmanlarını tapa bilməyib.

Bir neçə gün əvvəl Dippel internetdə hələ də cütlüyü axtardığını elan edərək izləyicilərindən axtarışda kömək etmələrini xahiş edib.