Elmar Məmmədyarov Uruqvay Parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb FOTO


Siyasət 25 Okt 2018 21:24:00 298 0

Elmar Məmmədyarov Uruqvay Parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb  FOTO

VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay Parlamentinin Nümayəndələr Palatasının sədri Xorxe Qandinini qəbul edib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, E.Məmmədyarov Uruqvay rəsmisini salamladı və ölkəmizin Latın Amerikası ölkələri, o cümlədən Uruqvayla son illər inkişaf etməkdə olan əməkdaşlıq münasibətlərindən bəhs edib.

Azərbaycana ilk səfərindən məmnunluq bildirən Uruqvay Parlamentinin Nümayəndələr Palatasının sədri beynəlxalq əhəmiyyət kəsb edən mövzuların, xüsusilə də mədəniyyətlərarası dialoq mövzusunun müzakirəsi baxımından Bakı Beynəlxalq Forumun əhəmiyyətini vurğulayıb. O, Uruqvayın Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu ifadə edib.

Tərəflər Azərbaycan və Uruqvay arasında əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirdilər və iqtisadi sferada əməkdaşlıq imkanlarını müzakirə ediblər. İki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyəti yüksək qiymətləndirilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında qarşı tərəfə məlumat verən nazir E.Məmmədyarov regionda davamlı sülh və əməkdaşlıq üçün erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Xəbərə aid fotolar