Daşkəsəndə 43 yaşlı qadını əri döydü


Digərləri 25 Okt 2018 21:14:00 291 0

Daşkəsəndə 43 yaşlı qadını əri döydü

Daşkəsən rayonunda döyülmə hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, rayonun Astaf kənd sakini, 43 yaşlı R.O-ova hələ ki, məlum olmayan səbəblərdən əri tərəfindən döyülüb.

Müxtəlif bədən xəsarətləri alan qadın Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.