Leyla Şıxlinskaya


Digərləri 25 Okt 2018 20:52:00 315 0

Leyla Şıxlinskaya

Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Şıxlinskayanın klinikasından külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və Polad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən təqsirləndirilən şəxsin vəkili bildirib ki, zərərçəkmiş Leyla Şıxlinskaya ona dəymiş 56 min manat ziyanı yenə qəbul etməyib və təqsirləndirilən şəxslərdən 2 milyon manat tələb edir. Vəkil zərərlə bağlı əlavə ekpertizanın keçirilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib və cinayət işi əlavə ekspertizaya göndərilib.