ISESCO ASAN mükafatı təsis edib (FOTO)


Digərləri 25 Okt 2018 20:49:00 305 0

ISESCO ASAN mükafatı təsis edib (FOTO)

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə ISESCO arasında Birgə Əməkdaşlıq Proqramı imzalanıb.

Bakı. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə ISESCO arasında Birgə Əməkdaşlıq Proqramı imzalanıb. Agentlikdən Trend-ə verilən məlumata görə, sənədi Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri imzalayıblar. Əməkdaşlıq Proqramına əsasən qabaqcıl idarəetmə üzrə “ISESCO-nun ASAN mükafatı” təsis olunur. “ISESCO-nun ASAN mükafatı” üzv dövlətlərdə innovasiyaları əks etdirən təcrübələr üçün təqdim olunacaqdır. Həmçinin “ASAN xidmət” və ISESCO tərəfdaşlığını əks etdirən İnkişaf naminə İdarəetmə (G4D) beynəlxalq təşəbbüsünün irəli sürülməsi, şirkətlərin biznes inkişafı və idarəetmələrinin yüksəldilməsi məqsədilə xüsusi “ASAN xidmət” məhsullarının formalaşdırılması əməkdaşlıq proqramında nəzərdə tutulur.